Bu halda övladınızı məktəbə göndərməyə bilərsiniz! - TƏHSİL NAZİRLİYİ açıqladı...

 12:45 14.09.2021     1051

Təhsil Nazirliyi övladını məktəbə göndərmək istəməyən valideynlərin bu tədris ilində iltizam ərizəsi yazıb-yazmayacağı məsələsini aydınlaşdırıb.

Redaktor.az-ın məlumatına görə, təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki, övladını məktəbə göndərmək istəməyən valideynlər iki halda iltizam ərizəsi yazacaqlar:

"Birinci hal yoluxma sayının yüksək olduğu zonaya görə olacaq. Həmin zonada yaşayan valideynlər ərizə yazaraq övladını məktəbə göndərməyə bilər. İkinci hal isə evlərində koronavirus xəstəsi olan, yaxud hər hansı respirator virus infeksiyası olan valideynlər övladını məktəbə göndərməməsi ilə bağlıdır. Valideynlər xəstəlik barədə məktəb rəhbərliyinə məlumat verməlidir. Bu barədə daha dəqiq məlumat verəcəyik". //APA