"Bəzi məktəblərdə ənənəvi jurnallar ləğv olunacaq" - Mehriban Vəliyeva

 17:55 16.09.2021     970

"Yeni tədris ilində bəzi məktəblərdə ənənəvi jurnallar ləğv olunacaq, bir qismində isə müvəqqəti olaraq həm elektron, həm də ənənəvi jurnal olacaq".

Redaktor.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

İdarə müdiri bildirib ki, ötən tədris ilində 94 məktəbdə elektron jurnal xidməti tətbiq olunmuşdu, bu il isə Bakının 215 məktəbində elektron jurnal və elektron gündəlikdən istifadə olunacaq. //Report