Sabahdan teledərslərin təkrar yayımına başlanılır

 17:51 21.09.2021     289

Təhsil Nazirliyi “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin təkrar yayımına start verir.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, sentyabrın 22-dən I-IV, 29-dan isə V-XI siniflər üçün çəkilmiş teledərslərin təkrar yayımına başlanılacaq.

Dərslər həftənin 5 günü saat 10:00-dan 18:00-dək “Dərs vaxtı”nın rəsmi feysbuk səhifəsi üzərindən, eləcə də Təhsil Nazirliyinin rəsmi yutub kanalı vasitəsilə yayımlanacaq.

Teledərslər məktəbdə öyrəndiklərinizin daha yaxşı mənimsənilməsi üçündür.