Qarabağdakı zəfərdən sonra dərslikləri dəyişməyə ehtiyac var - Nazir

 22:00 29.09.2021     11170

“Builki tədris ili mahiyyəti baxımından əvvəlkilərdən bir neçə xüsusiyyətinə görə fərqlənir”.

Redaktor.az-ın məlumatına görə, bunu AzTV-yə müsahibəsində təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, bu il Azərbaycan məktəblərində tədris ölkənin ərazi bütövlüyü təmin olunduqdan sonra ilk dəfədir açılır:

“Buna qədər biz Qarabağ və ölkənin ərazi bütövlüyü mövzusunda şagird və tələbələri təlimatlandırırdıqsa, hazırda zəfərdən sonrakı dövrdə təhsilin məzmununu, dərslikləri dəyişmək baxımından bizim daha çox vaxta ehtiyacımız var”.