Müəllim olmaq istəyənlərin nəzərinə! - Vakant yerlərin sayı artırılacaq

Gələcəkdə Müəllimlərin İşə Qəbul (MİQ) imtahanı zamanı təqdim edilən vakant yerlərin sayı artırılacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov məlumat verib.
"Bu il indiyədək Müəllimlərin İşə Qəbulu müsabiqəsində namizədlərə təqdim olunan vakant yerlərin sayı 10 775-dir. Bu say daha da artacaq",- o bildirib.