Baş nazir bu universitetlə bağlı QƏRAR VERDİ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilib.
Redaktor.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Kooperasiya Universitetində fəlsəfə doktoru ilə yanaşı, elmlər doktoru proqramı üzrə də doktoranturaya qəbul aparılacaq.