Təhsil Nazirliyi yanında İctimai Şuraya üzv olmaq istəyənlərin nəzərinə

 16:22 12.10.2021     146

Təhsil Nazirliyi yanında İctimai Şuraya üzv olmaq istəyən namizədlərin müraciətlərinin qəbulu prosesi davam edir.

Nazirlikdən Redaktor.az-a bildirilib ki, sənədlərin qəbulu müddəti oktyabrın 28-də başa çatacaq. Şuraya üzv olmaq istəyən namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim etməlidirlər. Sənədlər [email protected]  poçt ünvanına göndərilməlidir.

Xatırladaq ki, Təhsil Nazirliyi yanında İctimai Şura 2019-cu ilin sentyabr ayında yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, görülən işlərdə aşkarlığın və şəffaflığın təmin edilməsi, eyni zamanda, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi olub.

Ətraflı məlumatı nazirliyin saytında təqdim olunan elan vasitəsilə əldə etmək olar.