Dövlət Agentliyindən xarici diplomların tanınması barədə XƏBƏRDARLIQ

 09:24 13.10.2021     535

Azərbaycan Respublikası ərazisində xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının (xarici diplomların) tanınması prosesini Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) həyata keçirir.

Bu barədə Redaktor.az-a sözügedən agentlikdən bildirilib.

Qeyd olunub ki, diplomların tanınması prosesi 0 təmas prinsipi ilə elektron qaydada icra edilir. 

"Lakin bəzi hallarda xarici diplomların tanınması prosesində vətəndaşlar vasitəçi şirkətlərin xidmətlərindən  istifadə edərək  mənfi hallarla üzləşirlər. Belə hallarla rastlaşmamaq üçün vətəndaşları diqqətli olmağa və   elektron qaydada  yalnız TKTA-ya müraciət etməyə səsləyirik.

Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmir. Eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.

Daha ətraflı məlumat üçün vətəndaşlara www.tkta.edu.az rəsmi internet səhifəsinə və ya taninma.az keçidinə müraciət etmələrini tövsiyə edirik" - məlumatda deyilir.