Bakıda şagird və müəllimlərdə koronavirus aşkarlandı - Məktəb bağlandı

 16:51 12.11.2021     433

Paytaxtdakı Məktəb Lisey Kompleksinin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Belə ki, Məktəb Lisey Kompleksinin 12 şagirdi və 3 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Məktəb Lisey Kompleksində əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.