Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar məktəblərdə vəziyyət necədir? - AÇIQLAMA

 17:47 16.11.2021     218

"Hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində ciddi problemlər baş verməyib".

Bu barədə Redaktor.az-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

"Müvafiq mütəxəssislər tərəfindən ilkin zəruri təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı məktəblərə tövsiyələr verilib. Həmçinin paytaxtın ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəriciləri digər günlərə nisbətən o qədər də dəyişməyib.

Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir",- İdarədən bildirilib.