Bakıda bu məktəb və liseydə əyani dərslər bərpa olundu

 10:12 29.11.2021     432

Bakıda yerləşən 67 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Redaktor.az-a verilən məlumata görə, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd olunub ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Koronavirusa görə bağlanan Bakı Avropa Liseyində də tədris bərpa olunub. Bu gündən tədris və təlim-tərbiyə prosesi əyani formada davam etdirilir.

Qərar Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında qəbul olunub.

Xatırladaq ki, Bakı Avropa Liseyində 5 müəllim və 16 şagirdində COVID-19 testinin nəticəsi pozitiv çıxmışdı. Bu səbəbdən lisey noyabrın 12-dən distant tədrisə keçmişdi.