I qrupla bağlı yeni qəbul proqramı hazırlandı - Abituriyentlərin NƏZƏRİNƏ

 15:10 28.12.2021     502

Dövlət İmtahan Mərkəzinin yaratdığı işçi qrupu informatika fənni üzrə kurikulumun təlim nəticələrinin tələblərinə uyğun qəbul proqramı hazırlayıb.

Mərkəzdən Redaktor.az-a verilən məlumata görə, proqrama ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının reallaşdırılması üçün verilən mövzular daxil edilib.

2023-cü ildə informatika fənni üzrə imtahan vermək istəyən abituriyentlər bu proqram əsasında imtahana hazırlaşa bilərlər.

Qəbul proqramı ilə verilmiş keçidlərdən (Azərbaycan və rus dillərində) tanış ola bilərsiniz.

Vumart və Güvən reklamı Vumart Güvən