Peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanı bu tarixdə keçiriləcək

 17:09 04.01.2022     421

Dövlət İmtahan Mərkəzi (DİM) yanvar və fevral aylarında müxtəlif imtahanlar keçirəcək.

DİM-dən Redaktor.az-a bildirilib ki, peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanı fevralın 27-də təşkil olunacaq. Peşə liseylərinin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdləri üçün dövlət dili (Azərbaycan dili) imtahanının isə fevralın 28-də keçirilməsi nəzərdə tutulub.