Təhsil Nazirliyi xaricdə doktorantura təhsilinə sənəd qəbulunun vaxtını AÇIQLADI

 14:04 07.01.2022     549

Xaricdə doktorantura təhsilinə sənəd qəbulunun dəqiq vaxtı açıqlanıb.

Təhsil Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, “2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün sənəd qəbulu ildə 2 dəfə həyata keçirilir.

Bu il həyata keçiriləcək sənəd qəbulunun tarixləri aşağıdakı kimidir:

  • I sənəd qəbulu: Fevral - aprel;
  • II sənəd qəbulu: İyul - sentyabr.

Proqram prioritet ixtisas istiqamətləri üzrə xaricdə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub.

Maraqlananlar tələb olunan sənədlərlə link vasitəsilə tanış ola bilər. Əlavə sual yaranarsa, FAQ/MVS və ya [email protected] elektron ünvanına müraciət etmək mümkündür.