Təhsil Nazirliyində yeni təyinatlar oldu

 15:39 12.01.2022     1436

Təhsil Nazirliyində yeni təyinatlar olub.

Nazirlikdən Redaktor.az-a bildirilib ki, Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə Elnur Əliyev təyin olunub.

Nazirliyin Elm, Ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli nazirin müşaviri təyin olunduğundan, həmin vəzifə Yaqub Piriyevə həvalə olunub.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzaliyev nazirin müşaviri təyin olunduğundan onun vəzifəsi Ceyhun Kərəmova həvalə edilib.