Azyaşlının zorakılığa məruz qaldığı bağça məlum oldu - VİDEO

 00:49 14.01.2022     2412

"Azyaşlının tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı hadisə İsmayıllı rayon Aşağıbaş kənd bağçasında baş verib".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün feysbuk hesabında yazıb.

"Tərbiyəçini işdən qovublar guya... Uşaq qapaz vuranın qohumudur... Hə də, qohum da şikayətçi olmayacaq. Mənə də yazacaqlar ki, sən Allah məsələni böyütmə! Amma böyüdəcəyik! Bir uşağın telinə belə zərər vurulmayacaq! Yetər artıq!", - deyə K.Ağayeva bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddətin göstərilməsi ilə bağlı videogörüntü yayılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

T.İSMAYIL