Goranboyda qeyri-adi oğurluq - FOTO

 16:40 17.01.2022     10192

Bu günlərdə Goranboy rayonunun Dəliməmmədli şəhər məktəbinin 11-ci sinifinə aid sinif jurnalı itib.

Bu barədə sosial şəbəkə iştirakçıları məlumat yayıb.

Feysbukdakı "GORANBOYLULAR" qrupunda paylaşılan məlumata görə, bu qeyri-adi oğurluqla bağlı hadisədən 3 gün sonra polisə və Goranboy Rayon Təhsil Şöbəsinə şikayət olunub. 

Maraqlıdır, sinif jurnalını kim və niyə oğurlayıb?

Mövzu ilə bağlı Goranboy Rayon Təhsil Şöbəsindən Redaktor.az-a bildirildi ki, bu barədə Təhsil Nazirliyinə məlumat verilib:

“Polis hazırda təhqiqat işi və araşdırma aparır. Araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Şəbnəm Mehdizadə

 

2