Daha bir məktəbdə biabırçılıq - VİDEO

 01:33 27.01.2022     5474

Son zamanlar orta məktəblərdə yaşanan qalmaqallı hadisələrin ardı-arası kəsilmir.

Redaktor.az bildirir ki, şagirdin müəllim tərəfindən döyülməsi, müəllimin şagird tərəfindən döyülməsi, şagirdlərin dərs zamanı qeyri-etik davranışları gündəmi zəbt edib.

Ən son ötən gün paytaxtın 165 nömrəli məktəbində şagirdlərin sinif otağında müəllimə qarşı qeyri-etik hərəkəti ilə bağlı yayılmış görüntüləri yadımızdan çıxarmamış növbəti bunabənzər görüntü ilə rastlaşdıq. Budəfəki görüntülərin baş rolunda da “qəhrəman məktəblilər” oynayır.

Təqdim edəcəyimiz görüntülərin Abşeron rayonu Xırdalan şəhər 9 saylı tam orta məktəbdə baş verdiyi bildirilir. Əl telefonu ilə çəkilən görüntülərdə iki şagird dəhlizi döyüş meydançasına çeviriblər. Burada özlərini döyüş oyunlarındakı kimi hiss edən şagirdlər əllərini silah tuturmuş kimi vəziyyətə salaraq, bir-bir sinif otaqlarının qapılarını çırpır, dərsin gedişinə mane olublar. 

Həmin görüntüləri təqdim edirik:

Vumart və Güvən reklamı Vumart Güvən