Daha bir məktəbdə rəzillik - Sinifi dağıdır, müəllimi qovurlar - VİDEO

 10:17 28.01.2022     12092

Bakıda məktəblərin birindən çəkilən görüntülər yenidən gündəm yaradıb.

Redaktor.az xəbər verir ki, video sosial şəbəkələrdə yayılıb.

Belə ki, şagirdlər dərs zamanı sinif otağının əşyalarını dağıdır, onları yararsız vəziyyətə salırlar. Müəllimə olub-olmadığı dəqiq bəlli olmayan bir qadını isə sinifdən qovurlar.

Redaktor.az-ın əldə etdiyi məlumata görə, bu xoşagəlməz hadisə Bakı şəhər Səbail rayon, Bayıl qəsəbəsində yerləşən 49 nömrəli "İntellekt" məktəb-liseydə baş verib.

Vumart və Güvən reklamı Vumart Güvən