Azərbaycanda distant təhsildə olan məktəb və siniflərin sayı AÇIQLANDI
Azərbaycanda distant təhsildə olan məktəb və siniflərin sayı açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib. Məlumata görə, hazırda ölkə üzrə 3 məktəb distant təhsildədir.
Qeyd olunub ki, distant təhsilə keçən siniflərin sayı isə 203-dür.
Xatırladaq ki, müvafiq qaydalara uyğun olaraq məktəblərdə koronavirusa yoluxma qeydə alındığı halda Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya mərkəzlərinin rəyi əsasında lokal bağlanmalar barədə qərar qəbul edilir.












