Bakıda daha 6 məktəb koronavirusa görə BAĞLANDI- YENİLƏNİB

 23:05 03.02.2022     2390

Bakıda daha bir neçə məktəb distant təhsilə keçib. 

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Yayılan məlumatlarda qeyd olunur ki, koronavirusa yoluxma hallarının artması ilə əlaqədar Bakı şəhərində yerləşən 175, 102, 117 və 100 nömrəli orta məktəblərdə də dərslər distant təhsil formasında davam etdiriləcək.

Xatırladaq ki, bu gün 20 nömrəli məktəb-liseydə də əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib. 

Bakı şəhəri üzrə Təhsil İdarəsindən bağlanan məktəblərlə bağlı məlumat almaq mümkün olmayıb (lent.az).

***

Bakıda 20 nömrəli məktəb-liseyin fəaliyyəti fevralın 4-dən distant təhsil formasında davam etdiriləcək.

Redaktor.az xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı məktəb-liseydə əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.

Bundan başqa, analoji vəziyyətlə əlaqədar paytaxtdakı 177 nömrəli tam orta məktəb də distant tədrisə keçib.

Vumart və Güvən reklamı Vumart Güvən