Bağçalara müəllim seçimi bu qaydada aparılacaq
"Bağçalara müəllim seçimi müsabiqə əsasında aparılacaq".
Redaktor.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
O bildirib ki, bağçalara müəllim qəbulu dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinə uyğunlaşdırılacaq.












