Bakıdakı bu məktəb də koronavirusa görə BAĞLANDI

 10:18 10.02.2022     3233

Bakıdakı Paşa Nəzərov adına 60 nömrəli orta məktəbdə kütləvi yoluxma aşkarlanıb.

Redaktor.az-ın əldə etdiyi məlumata görə, məktəbin 20-dən çox müəllim və onlarla şagird koronavirusa (COVİD-19) yoluxub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı məktəbdə əyani tədris prosesinin 7 gün (10-17 fevral) müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.

T.İSMAYIL

 

Vumart və Güvən reklamı Vumart Güvən