Polis məktəbdə şagirdlərin telefonlarını toplayıb? - AÇIQLAMA
Sosial şəbəkələrdə Bakı şəhəri, Binə qəsəbəsi 218 nömrəli məktəbdə polis əməkdaşlarının direktor və ya dərs hissə müdiri ilə siniflərə baxış keçirərək uşaqların telefonlarını topladılarına dair məlumat yayılıb.
Redaktor.az-ın məlumatına görə, məsələ ilə bağlı məktəbdən bildirilib ki, fevralın 10-da rayon polis idarəsinin əməkdaşları tərəfindən məktəb rəhbərliyi ilə birgə bir neçə sinifdə nizam-intizam qaydaları ilə bağlı profilaktik söhbət aparılıb.
"Təhsil müəssisəsində polis əməkdaşlarının uşaqlardan telefon toplaması halı baş verməyib", - açıqlamada qeyd olunub (apa).












