Müəllimlərin işə qəbulunda dəyişiklik edildi - QAYDALAR- FOTO

 11:33 16.02.2022     1213

"Son illər müəlimlərin işə qəbul müsabiqəsinə müraciət edən namizədlərin sayı artıb. Əvvəlki vaxtlarda müəllimlik üçün namizədlərin sayı 10 min idisə, 2021-ci ildə 62 min nəfər elektron qaydada qeydiyyatdan keçib".

Redaktor.az xəbər verir ki, bunu "Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər" mövzusunda keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib. Onun sözlərinə görə, müsabiqənin keçirildiyi 10 il ərzində tətbiq edilən qaydalarda çox ciddi dəyişikliklər olub:

"Həm beynəlxalq təcrübə, həm müraciətlər, rəylər, təhsil müəssisələrindən gələn rəylər nəzərə alınır və hər il müvafiq qaydada təkmilləşmələr, dəyişikliklər aparılır. Bu il də təkmilləşmələr aparılıb və yeni qaydalar qüvvəyə minib. Dəyişiklik iki hissə üzrədir - həm müəllimlərin işə qəbulu, həm də iş yerinin dəyişdirilməsi üzrə".

O qeyd edib ki, işə qəbul müsabiqəsində test imtahanından istifadə ediləcək.

"Bununla əlaqədar 120 dəqiqəyə qədər artırılması barədə qərar qəbul edilib. Test imtahanına 60 sual təqdim olunacaq, amma bunun cavablandırılmasına görə qiymət fərqli olacaq, 100 bal toplaya biləcəklər. 40 ixtisas sualı olacaq, hər düzgün cavab 2 bal veriləcək, 20 metodika sualı olacaq ki, bu zamanda düzgün cavablandırlmaya görə 1 bal tətbiq ediləcək. Səhv cavablandırılmış 4 testin cavabına görə 1 düzgün cavab silinəcək" - deyə o əlavə edib.

E.Bağırov bildirib ki, müəllimlərin işə qəbul müsabiqəsinin vakansiya seçimi mərhələsində ilk olaraq şəhid ailəsi üzvlərinə, daha sonra digər namizədlərə üstünlük veriləcək:

"Digər dəyişiklik budur ki, bu ildən ucqar kəndlərdə 3 ildən çox fasiləsiz işləyən müəllimlərin nəticələrində ballar 1.5, 5 ildən çox işləyənlərin nəticələri isə 1,1 əmsalına vurularaq hesablanacaq".

O, əlavə edib ki, Bakı, Sumqayıt və Abşeron üzrə müəllimlərin yerdəyişməsi MİQ vasitəsilə həyata keçiriləcək.

Onun sözlərinə görə, bu il üçün də müəllimlərin yerdəyişməsi ilə bağlı prosesə iyun ayından başlanılması nəzərdə tutulur: "İlk olaraq daimi əsaslarla işləyənlərə və şəhid ailəsi üzvlərinə vakansiya mərhələsində öncəlik veriləcək. Növbəti mərhələdə digər kateqoriyada olan namizədlər iştirak edə biləcəklər. Bakı, Sumqayıt və Abşeron üzrə müəllimlərin yerdəyişməsi MİQ vasitəsilə, digər bölgələrdə isə açıq şəkildə olacaq".

Nazirlik rəsmisi deyib ki, bu il məzmunla bağlı Təhsil İnstitutu tərəfindən çərçivə sənədi elan ediləcək.

Şöbə müdirinin sözlərinə görə, müsabiqə şərtlərinə görə hansısa kateqoriya üzrə namizədlərə üstünlük verilməsi ədalətli deyil:

“Yəni, kişi müəllimləri üçün hər hansı güzəştlərin olması gözlənilmir. Kişi namizədlərin sayında artım müşahidə olunur. Bu artım kənd məktəblərinidə özünü büruzə verir”.

E.Bağırov müəllimlərin imtahandan sonra müddətsiz müqavilə əsasında işə qəbulunun tarixini də açıqlayıb.

Onun sözlərinə görə, bəzi hallarda rus bölməsi üzrə imtahan iştirakçılarının say azlığı müşahidə olunur: "Hesab edirik ki, müsabiqə şərtləri və nəticəsində vakansiyaların böyük əksəriyyəti tutulur. Bu il müsabiqənin əsas turundan sonra 3 000 minə yaxın müəllim işə qəbul edilir. Onlar müddətli əsaslarla işə qəbul edilir. Yanvarın 31-nə qədər işə qəbul edilən müəllimlər üçün daimiləşmənin mart-aprel ayları ərzində keçirilməsi nəzərdə tutulur. Yanvarın 31-dən sonra işə qəbul olan müəllimlərin daimiləşməsi MİQ vasitəsilə təşkil ediləcək”.

Şöbə müdiri deyib ki, növbəti ildən müddətli əsaslarla işləyən müəllimlər daimiləşmə üçün MİQ üzrə müsabiqədə iştirak etməli olacaqlar: "Bu il onlar üçün son vaxtdır".

"Ötən il 8000-ə yaxın vakansiya elan edilmişdi. Tədris ili müddətində də əlavə 5000 yer ayrıldı. Ümimilikdə 13 minə yaxın vakansiya elan olunmuşdu. Eyni sayda vakant yerlər builki MİQ müsabiqəsində də elan ediləcək".

Bu barədə məlumat verən Bağırovun sözlərinə görə, bu ənənənin bu il üçün də davam etdirilməsi nəzərdə tutulur:

“Demək olar ki, eyni sayda vakant yerlər builki MİQ müsabiqəsində də elan ediləcək. Müsabiqənin keçirilməsi prosesi iyulda aşlayıb avqusta kimi davam edir. Tədris ilinin əvvəlinə kimi müsabiqə başa çatmalı və bütün vakant yerlər tutulmalıdır”.

Nazirlik rəsmisi qeyd edib ki, MİQ müsabiqəsinin nəticələri bir il qüvədə saxlanılır.

O bildirib ki, bununla bağlı dəyişiklik yoxdur.

22
Vumart və Güvən reklamı Vumart Güvən