Bağça müəllimlərinin işə qəbul mexanizmi hazırlanır

 11:49 16.02.2022     785

“Müəllimlərin İşə Qəbul müsabiqəsinin test imtahanları ilə bağlı hazırda bir neçə mərhələnin keçirilməsi nəzərdə tutulmur”.

Redaktor.az xəbər verir ki, bunu "Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər" mövzusunda keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, lakin vakansiya seçimi 2 mərhələdə olacaq: “İlk növbədə şəhid ailəsi üzvü olan namizədlər üçün imkan yaradılacaq, daha sonra isə vakansiya seçimi hər kəs üçün açıq elan ediləcək”.

Eşqi Bağırov bağçaya müəllimlərin işə qəbulu məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, bununla bağlı mexanizm hazırlanır: “Bu barədə məlumatlar ictimaiyyətə təqdim olunacaq. Bu istiqamət üzrə işə qəbulun ən obyektiv və ədalətli formada həyata keçirilməsi nəzərdə tutulur”.

Vumart və Güvən reklamı Vumart Güvən