Azərbaycanda distant dərs keçən sinif və məktəblərin sayı AÇIQLANDI
Azərbaycanda koronavirusa görə distant təhsilə keçən sinif və məktəblərin sayı açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Məlumata görə, 16 fevral tarixinə görə distant təhsildə olan sinif sayı 93, məktəb sayı isə 8-dir.
Qeyd edək ki, ölkədə aşağı siniflər üzrə əyani tədris sentyabrın 22-dən, yuxarı siniflər üzrə isə sentyabrın 29-dan başlayıb.












