Azərbaycan və Gürcüstanın təhsil nazirləri arasında görüş keçirilir

 15:07 21.02.2022     297

Azərbaycanın təhsil naziri Emin Əmrullayev Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüş keçirir.

Redaktor.az  xəbər verir ki, nazirlər təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişafı və gücləndirilməsi məsələlərini müzakirə edirlər.

Görüşdən sonra Azərbaycan və Gürcüstanın təhsil nazirlikləri arasında təhsil sahəsində əməkdaşlığa dair saziş imzalanacaq.

İmzalama mərasimindən sonra nazirlər mətbuat üçün brifinq keçirəcəklər.

Vumart və Güvən reklamı Vumart Güvən