İmtahanların dərs ili bitmədən keçirilməsinə aydınlıq gətirildi

 15:10 25.02.2022     2335

"Şagirdlər məktəbə yalnız imtahana görə getmirlər. Nizamlı şəkildə dərsə getmək imtahana görə deyil. Bu kimi düşüncələr yanlışdır".

Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış imtahanlarının tədris ili yekunlaşmadan keçirilməsinin dərsə davamiyyətə təsiri barədə danışarkən deyib.

DİM sədrinin sözlərinə görə, buraxılış imtahanlarında şagirdlərin bacarıqları, vərdişləri yoxlanılacaq: "Elmi yanaşmanı kənara qoyan insan cəmiyyətə zərər verir. Kimsə hansısa mövzuda yüksəkdən danışmağı seçirsə onların yanaşması tamam səhvdir".

Vumart və Güvən reklamı Vumart Güvən