Qarabağda tikiləcək məktəblərin sayı açıqlandı

 16:41 25.02.2022     9560

“Hazırda Şuşada məktəb tikintisi davam edir. Ağdamda da məktəb tikintisi başlayıb”.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.

Təhsil naziri deyib ki, Cəbrayılda və Füzulidə məktəb tikintisi ilə bağlı layihələndirmə işləri gedir: “Bu il dekabrın sonuna qədər Şuşada məktəb tikintisinin başa çatdırılması nəzərdə tutulur”.

Vumart və Güvən reklamı Vumart Güvən