Bu müəllimlər güzəştli ipotekadan yararlana bilərlər - RƏSMİ

 19:27 03.03.2022     3011

Gənc ailənin üzvü olan və azı 3 il məktəbdə müəllim işləyən şəxslər güzəştli ipoteka almaq hüququna malikdirlər.

Redaktor.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, gənc ailə kateqoriyasına daxil olmayan, ancaq 15 il dövlət ümumi təhsil müəssisəsində işləyən şəxslər də bu hüquqa malikdirlər.

Məlumata əsasən 2020-də 197, 2021-ci ildə isə 430 nəfər olmaqla, ümumilikdə 627 müəllim güzəştli ipoteka əldə etmək hüququndan yararlanıb.

2
Vumart və Güvən reklamı Vumart Güvən