DİM buraxılış imtahanının vaxtı ilə bağlı məsələyə aydınlıq gətirdi

 09:35 04.03.2022     1857

Nazirlər Kabinetinin qərarına əsasən, 7 mart iş günü ilə 5 mart istirahət gününün dəyişdirilməsindən sonra martın 5-də nəzərdə tutulan buraxılış imtahanının vaxtının dəyişib-dəyişməyəcəyi məsələsinə aydınlıq gətirilib.

Redaktor.az-ın məlumatına görə Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə imtahanların elan olunmuş qrafik üzrə - martın 5-də və 6-da keçirilməsi nəzərdə tutulur.(apa)

Vumart və Güvən reklamı Vumart Güvən