Məktəbli forması olmayan şagirdlər dərsə BURAXILMAYACAQ

 11:02 30.03.2022     2249

Növbəti dərs ilində yeni geyim formaları tam tətbiq olunduqdan sonra şagirdlərin ümumi təhsil müəssisəsinə fərqli geyimdə gəlməsinə icazə verilməyəcək.

Bu barədə Redaktor.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının “Ümumi təhsil haqqında” Qanununa əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün təsvirləri müvafiq qurum tərəfindən müəyyən olunan geyim formaları tətbiq edilir.

"Nazirlər Kabinetinin müvafiq Qərarına görə, təsdiq edilmiş geyim formaları 2022-2023-cü tədris ilindən tətbiq ediləcək. Lakin hazırda istifadədə olan geyim formalarının 2022-2023-cü tədris ilinin sonunadək tətbiq edilməsinə icazə verilir. Yeni geyim formaları tam tətbiq olunduqdan sonra şagirdlərin ümumi təhsil müəssisəsinə fərqli geyimdə gəlməsinə yol verilməyəcək. Beləliklə, məktəblər bir tədris ili ərzində yeni geyim formalarına tədricən keçəcəklər",- deyə nazirlikdən bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən