AMEA doktorantura və dissertanturaya qəbul elan etdi

 12:38 04.04.2022     6209

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edib.

Bu barədə Redaktor.az-a AMEA-dan məlumat verilib.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədlər 5 aprel - 5 may 2022-ci il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA-nın müvafiq elmi müəssisələrində qəbul ediləcək.

Vumart və Güvən reklamı Vumart Güvən