Damını külək uçuran məktəbdə tədris qismən bərpa olundu

 10:48 05.04.2022     1084

Ötən gün güclü külək nəticəsində dam örtüyü uçan Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə tədris qismən bərpa olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Abşeron Rayon Təhsil Şöbəsindən məlumat verilib.

Bildirilib ki, yaranmış vəziyyətlə əlaqədar məktəbdə tədris qismən bərpa olunub: "Bəzi siniflər isə müvəqqəti olaraq onlayn dərslərə cəlb ediliblər".

Qeyd edək ki, aprelin 4-də Bakıda güclü külək əsib. Nəticədə Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin damı uçub. Hadisə ilə əlaqədar tədris müvəqqəti dayandırılmışdı (report).

Vumart və Güvən reklamı Vumart Güvən