Təhsil şöbələri ləğv edilməyəcək - Nazirlikdən AÇIQLAMA
“Yerli təhsil şöbələri ləğv edilməyəcək”.
Redaktor.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev “Təhsil masası”nda deyib.
O qeyd edib ki, Regional Təhsil İdarələrinin yaradılması yerli təhsil şöbələrinin ləğvi və işçilərin ixtisarı nəzərdə tutulmayıb.
“Təhsil şöbələri Regional Təhsil İdarələrinin nəzdində yerli təhsil struktur bölməsi kimi fəaliyyət göstərəcəklər”, - E.Əliyev bildirib.












