Goranboyda məktəb qəzalı vəziyyətə düşdü - şagirdlər başqa məktəbə köçürüldü

 13:52 14.04.2022     17240

Goranboy 2 saylı tam orta məktəbi qəzalı vəziyyətdədir.

Redaktor.az xəbər verir ki, bu barədə Goranboy rayon Təhsil Şöbəsindən bildirilib.

Qeyd olunub ki, bununla bağlı həm Təhsil Nazirliyinə, həm də Goranboy Rayon İcra Hakimiyyətinə məlumat verilib:

"Bünövrə hissəsinin divarları bir-birindən aralanıb. Məktəbin hər an uçma təhlükəsi olduğundan bu gündən şagirdlərin bir hissəsi 1 saylı tam orta məktəbə köçürülüb. Şagirdlər təhsillərini müvəqqəti olaraq orada davam etdirəcəklər. Məktəbdə isə əsaslı təmir aparılacaq".

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi də açıqlama yayıb ki, Goranboy şəhəri 2 saylı orta məktəbin ətrafında qəzalı vəziyyət yarandığı üçün həmin məktəbdə aprelin 23-də keçirilməli olan buraxılış imtahanı başqa binaya dəyişdirilib (apa).

Vumart və Güvən reklamı Vumart Güvən