Səhiyyə Nazirliyi doktorantura ilə bağlı qəbul elan etdi
Bu il üçün doktorant və dissertant hazırlığı üzrə Səhiyyə Nazirliyinin tabeliyində olan ali təhsil və elmi müəssisələrə qəbul elanı verilib.
Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, doktoranturaya və dissertanturaya sənəd qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Doktoranturaya və dissertanturaya sənəd təqdim etmək istəyən şəxslər Təhsil Nazirliyinin http://portal.edu.az sisteminə daxil olmalı, orada "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, http://Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari ilin 15 aprel tarixindən başlayacaq.












