Məleykə Abbaszadə narazı abituriyentlərə CAVAB VERDİ

 12:54 16.04.2022     276

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə Apellyasiya komissiyalarının buraxılış imtahanlarının nəticələrindən narazı qalan abituriyentlərlə nə vaxt əlaqə saxlamağa başlayasağına aydınlıq gətirib.

Redaktor.az-ın məlumatına görə, M.Abbaszadə deyib ki, bu gündən etibarən DİM-də apellyasiya şikayətlərinə baxmağa başlayacaqlar.

İlk növbədə 5-6 mart tarixli buraxılış imtahanlarının nəticələrindən narazı qalan abituriyentlərlə əlaqə saxlanılacaq. Bu zaman öncə əlaqə vasitəsi kimi telefon nömrəsi verənlər qabağa salınacaq. Sonra Zoom proqramı vasitəsini seçənlərlə əlaqə saxlanılacaq.

M.Abbaszadə deyib ki, apellyasiya şikayəti verən abituriyentlər arasında elələri var ki, öz cavablarını açıb baxmayıb və kor-koranə narazılıq ediblər. Yəni şikayətlərini düzgün əsaslandırmayıblar.

DİM əsaslandırılmamış şikayətlərə baxmayacaq.

M.Abbaszadə apellyasiya şikayəti verənlərin sayının əvvəlki illərlə müqayisədə xeyli çox olmasını sensasiya kimi təqdim edilməsi ilə də razılaşmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən