Bu məktəblərə də işə qəbul testlə OLACAQ

 19:09 20.04.2022     1167

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu test üsulu ilə aparılacaq.

Redaktor.az xəbər verir ki, bu, mədəniyyət naziri Anar Kərimovun təsdiqlədiyi yeni qaydalarda əksini tapıb.

Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunacaq. Müsabiqə ildə bir dəfə təşkil olunacaq.

Test imtahanlarının vaxtı ve keçiriləcəyi yer barədə məlumatlar imtahanın keçirilməsinə azı 30 gün qalmış Mədəniyyə Nazirliyinin rəsmi internet informasiya ehtiyatında və kütləvi informasiya vasitələrinda elan olunacaq.

Bildirilir ki, sənəd məktəb və mərkəzlərin rəhbərləri və onların müavinlərinə, həmçinin məktəb və mərkəzlərin struktur bölməlirinin rəhbərlərinə aid olmayacaq.

 

Vumart və Güvən reklamı Vumart Güvən