Əlifba bayramı keçirilməyəcək - RƏSMİ

 20:16 22.04.2022     3061

Orta məktəblərdə "Əlifba bayramı" keçirilməyəcək.

Redaktor.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün feysbuk hesabında yazıb.

"Yeni tədris proqramları, eləcə də təhsilə daha erkən başlama öyrənməni daha çevik edir. Məsələn, 1-ci sinfə gedən uşaqlar artıq 1-ci yarımildə hərfləri öyrənib bitirirlər. Hətta, məktəbəhazırlığa gedən uşaqlar 1-ci sinifədək hərfləri öyrənə bilirlər. Ona görə də bir neçə il bundan əvvəl olduğu kimi, uşaqların hərfləri öyrənməsi ilə assosasiya olunan “Əlifba bayramı”nın may ayında geçirilməsinə lüzum qalmır", - deyə nazirlik rəsmisi bildirib.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən