“Səhifəmi özüm idarə edirəm, şərhləri də oxuyuram” - Emin Əmrullayev

 22:29 26.04.2022     4255

“Hazırda əlavə hobbi ilə məşğul olmaq üçün boş vaxtım, demək olar, azdır. Boş vaxtlarımda idmanla məşğul oluram”.

Redaktor.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “ASAN Radio”da yayımlanan “QəbuldASAN” verilişində deyib.

Nazir qeyd edib ki, üzgüçülük, qaçış və digər idman növləri ilə məşğul olur: “Feysbukdakı səhifəmi özüm idarə edirəm. Şərhləri də oxuyuram, uzaq məsafədə olanda həmkarlarımdan dəstək alıram. Azərbaycan muğamlarını çox sevirəm. Ağaxan Abdullayev ən çox sevdiyim xanəndədir”.