İnformatika fənni buraxılış imtahanlarına salınacaq

 15:50 28.04.2022     23612

“Yaxın iki il ərzində informatika fənni buraxılış imtahanlarına salınacaq”.

Redaktor.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Rəqəmsal iqtidadiyyat: Müasir çağırışlar və real imkanlar" mövzusunda II Beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu, ilk növbədə informatika elmləri üzrə imtahan verəcək abituriyentlərə şamil olunacaq: “İnformatika fənninin buraxılış imtahanlarında istifadəsi bizim üçün gərəklidir. Bununla bağlı narazılıqlar ola bilər. Amma gəlin bu narazılıqlara qarşı çıxaq” (apa).