İbtidai siniflər yaz tətilinə ÇIXIR

 17:02 30.04.2022     530

Sabahdan, mayın 1-dən məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün 5 günlük yaz tətili başlayır.

Redaktor.az xəbər verir ki, tətil mayın 5-dək davam edəcək.

Tətildən sonrakı ilk dərs günü mayın 6-dadır.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində ibtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyən olunub.

Xatırladaq ki, pandemiya səbəbindən məktəblərdə tədris gec başladığından şagirdlərin payız və qış tətili ləğv edilkb. Ona görə də payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri idi.