Regional təhsil idarələrinin yeni təyin olunmuş müdirləri - SİYAHI - FOTO

 12:28 05.05.2022     6985

Azərbaycanda yeni yaradılan regional təhsil idarələrinin rəhbərlərinin kimliyi məlum olub.

Redaktor.az xəbər verir ki, Prezidentin 20 dekabr 2021-ci il tarixli sərəncamı ilə rayon və şəhər təhsil şöbələrinin (idarələrin) əsasında 12 regional təhsil idarəsi yaradılıb. 2022-ci ilin 1-ci rübündə müvafiq yerli təhsil şöbə və idarələrin balansındakı dövlət əmlakı Regional Təhsil idarələrinin balansına verilib, inventarizasiyasının aparılması, müvafiq sənədlərin və məlumatların təhvil-təslim işləri başa çatıb.

Regional Təhsil idarələrinin yerləşəcəyi şəhər və ya rayon mərkəzləri də müəyyən olunub və təhsil naziri tərəfindən təsdiq edilib.

Regional təhsil idarələrinin yeni təyin olunmuş müdirlərinin adlarını təqdim edirik:

İlhamə Abdullayeva – Abşeron-Xızı Regional Təhsil İdarəsi

Rövşən Əliyev – Dağlıq Şirvan Regional Təhsil İdarəsi

Anar Qədiməliyev – Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi

Gündüz Əbdulov – Qaradağ Regional Təhsil İdarəsi

Arslan Hacıyev – Qazax-Tovuz Regional Təhsil İdarəsi

Rüfət Hacıyev – Quba-Xaçmaz Regional Təhsil İdarəsi

Elxan Nəcəfov – Lənkəran-Astara Regional Təhsil İdarəsi

Elçin Kərimov – Mərkəzi Aran Regional Təhsil İdarəsi

Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsi

Bəhruz Mehdiyev – Şəki-Zaqatala Regional Təhsil İdarəsi

Fuad Bədəlov – Şərqi Zəngəzur Regional Təhsil İdarəsi

Sənan Mənsimli – Şirvan-Salyan Regional Təhsil İdarəsi

2