ADU tələbələri Çində Gənclər Gününü qeyd ediblər - FOTO

 17:30 05.05.2022     321

Azərbaycan Dillər Universitetinin (ADU) çinşünas tələbələri Çində Gənclər Gününə həsr olunmuş bayram gecəsində onlayn olaraq iştirak ediblər.

Redaktor.az xəbər verir ki, tədbir Çinin Kommunist Gənclər Birliyinin Komitəsi, Çinin Quansi-Çjuan Muxtar Rayonu Xeçjou Universiteti tərəfindən təşkil olunub.

Azərbaycanlı tələbələr, Çin mədəniyyətinə olan marağı eyni zamanda  ənənəvi dost olan Azərbaycan-Çin gəncləri və tələbə əlaqələrinin daha da möhkəmlənməsinə, genişlənməsinə inamlarını əks etdirən  təbriklər səsləndiriblər.

Müasir Çin gəncləri müxtəlif ictimai və dövlət proqramlarının həyata keçirilməsində fəal iştirak edir. Gənc nəslin ürəkaçıqlığı, təhsili, ailə həyatına və karyerasına diqqətli yanaşdıqları ilə seçildiyi vurğulanıb.

ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətini, bu sahədə aparılan məqsədyönlü işlərin Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı olaraq həyata keçirildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, bu siyasətin uğurla aparılması nəticəsində ölkəmizdə sağlam düşüncəli, mənəvi saf və dövlətçilik ideyalarına sadiq vətənpərvər yeni nəsil formalaşır.

222