BDU-nun Hüquq fakültəsinə yeni dekan seçildi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində dekan vəzifəsinə seçkilər keçirilib.
Redaktor.az xəbər verir ki, Zaur Əliyev səs çoxluğu ilə fakültənin dekanı seçilib.
1980-ci il təvəllüdlü Z. Əliyev 2010-cu ildən BDU-da çalışır. O, həmçinin Prezident yanında İdarəçəlik Akademiyasında da dərs deyir.
Qeyd edək ki, Hüquq fakültəsinə bu vaxtadək professor Əmir Əliyev rəhbərlik edirdi.
