Şagirdlərin yaxasına “Georgi lenti” taxıb tədbir keçirdilər - Rəsmi açıqlama

Bu gün Bakıda 164 nömrəli orta məktəbdə keçirilən 9 May – Qələbə Günü tədbiri müzakirələrə səbəb olub. Belə ki, iddia olunub ki, tədbirdə iştirak edən şagirdlərin sinəsinə “Georgi lenti” yapışdırılıb.
Redaktor.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məsələdən məlumatlı olduqlarını bildirib:
“Bu barədə araşdırma aparılır, məlumat veriləcək”.
Qeyd edək ki, sözügedən məktəbin direktoru Kəmalə Ənvər qızı Qədirovadır.
O, həmçinin İlham Əliyev tərəfindən “Tərəqqi” medalı almış, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirovun həyat yoldaşıdır.
Məktəb 2010-cu ildə İlham Əliyevin Sərəncamı ilə “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olub.
Xatırladaq ki, “Georgi lenti” Rusiyanın imperiya simvollarından biri hesab edilir.