Müəllimlərin sertifikasiya imtahanı keçiriləcək

 12:55 12.05.2022     3444

"Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı keçiriləcək test imtahanı mərhələsində 60 sual namizədlərə təqdim olunacaq".

Redaktor.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

Onun sözlərinə görə, hər bir düz cavab bir bal kimi müəyyən ediləcək: "Cavablandırılmayan suallar sıfır bal kimi qeyd olunacaq. İmtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılacaq. Həmin mərhələdə 20 bal toplayan namizədlər sertifikatlaşdırılacaq".

R.Əzizov bildirib ki, müəllimlərin sertifikatlaşdırılması üzrə keçiriləcək test imtahanı mərhələsində istifadə olunacaq sualların məzmunu ilə bağlı mütəxəssislər üçün seminarların keçirilməsi nəzərdə tutulur: "Hər fənn üzrə müxtəlif sualların həlləri göstəriləcək"(report).