Azərbaycanda müəllim şagirdi döydü - VİDEO

 10:20 19.05.2022     8720

Zəngilan rayonu 35 saylı məktəbin musiqi müəlliminin VIII sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntü yayılıb.

Redaktor.az-ın məlumatına görə, məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, məsələ nazirliyin diqqətindədir:

"Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Araşdırma bitdikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək" (apa).